Raytheon PUA-lar üçün “Pyros”u sınaqdan keçirir

Raytheon şirkəti kiçik ölçülü pilotsuz uçuş aparatları (PUA) üçün hazırladığı “Pyros” adlı döyüş sursatının testlərini tamamlayıb. Bu barədə “AzeriDefence” Raytheon şirkətinə istinadən məlumat verib.

Çəkisi 6,1 kq, uzunluğu 56 sm təşkil edən “Pyros”un testləri uğurla keçib. Testlərdə yarı aktiv lazer və GPS izləmənin, yerdən yüksəkdə partlamanı təmin edən sistemin və çox faktorlu hərb başlığının gözlənildiyi kimi işlədiyi üzə çıxıb.

KATEQORIYA:
Bu xəbəri paylaş