Raytheon SDB II proqramında hədəfi dəqiqliklə vurdu

Raytheon şirkəti tərəfindən həyata keçirilən GBU-53/B Small Diameter Bomb II (SDB II) proqramında daha bir mərhələ başa çatdırılıb. Bu barədə “AzeriDefence” Raytheon şirkətinin saytına istinadən məlumat verib.

Proqram çərçivəsində yaradılmış kiçik ölçülü aviabomba Uayt-Sendz poliqonunda keçirilən sınaqlar zamanı hərəkət edən hədəfi vurub. İyulun 17-də keçirilmiş sınaqlarda bomba F-15E təyyarəsindən buraxılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş