Redaksiyamıza ağır itki üz verib

Redaksiyamıza ağır itki üz verib

Tanınmış jurnalist, “AzeriDefence” jurnalının Baş redaktoru Rəşad Süleymanov vəfat edib.

10 gün əvvəl Rəşad Süleymanov koronavirus infeksiyasına yoluxmuşdu.

Qeyd edək ki, R. Süleymanovun 38 yaşı var idi.

Rəşad Süleymanov Azərbaycanda hərb və müdafiə sahəsində ixtisaslaşan az saylı jurnalistlərdən biri idi. Onun yüksək peşəkarlığı və istedadı jurnalistika cameəsində daim yüksək qiymətləndirilirdi.

Onun xatirəsi qəlbimizdə daim yaşayacaq. Allah rəhmət eləsin.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş