“Rheinmetall” Macarıstan Ordusuna “Lynx” döyüş maşınları tədarük edəcək

“Rheinmetall” Macarıstan Ordusuna “Lynx” döyüş maşınları tədarük edəcək

Macarıstan Müdafiə Nazirliyi ilə “Rheinmetall” şirkəti arasında “Lynx” KF-41 piyadanın döyüş maşınlarının (PDM) istehsalına dair müqavilə bağlanıb.

Bu barədə Azeri Defence saytı “Rheinmetall” şirkətinə istinadən məlumat verib.

Müqaviləyə əsasən Macarıstanda “Lynx” zirehli maşınlarının istehsalı üçün “Rheinmetall” şirkəti ilə birgə müəssisə qurulacaq.

Müqavilənin icrası ölkənin müdafiə sənayesini inkişaf etdirmək və hərbi imkanlarını artırmaq üçün 2 milyard avrodan çox dəyəri olan geniş bir proqram çərçivəsində həyata keçiriləcək.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş