“RMK Marine” şirkəti ilə MILGEM sinifli 6 korvetinin tikintisinə dair görüşmələr başlayıb

Türkiyənin Müdafiə Sənayesi Katibliyi (SSM) “RMK Marine” şirkəti ilə MILGEM sinifli 6 korvetinin tikintisinə dair müqavilə bağlamaq üçün danışıqlara başlayıb. Bu barədə “AzeriDefence” “Janes” hərbi nəşrinə istinadən məlumat verib.

“RMK Marine” şirkətinin seçimi haqqında qərar Türkiyə Müdafiə Sənayesinin İcra Komitəsinin son iclasında qəbul edilib. Şirkət bu müsabiqədə rəqibi “Dearsan” firmasını qabaqlayıb.

MILGEM proqramı Türkiyənin xarici gəmi istehsalçılarından asılılığının azaldılması məqsədi daşıyır və 2004-cü ildə başladılıb. Proqram çərçivəsində 12 korvet tikintisi gözlənilir. Proqramın dəyəri 3 milyard dollar qiymətləndirilir.

Proqram çərçivəsində birinci iki korvet – “Heybeliada” və “Böyükada” İstanbul hərbi dəniz tərsanəsi tərəfindən tikilib. Proqramın reallaşdırması 2020-ci ilə qədər başa çatacaq.

Korvet 99 m uzunluğa və 2300 ton su basımına malikdir. Heyəti 93 nəfər təşkil edən gəminin sürəti 29 mildir.

KATEQORIYA:
Bu xəbəri paylaş