ROKETSAN “Atmaca” raketinin seriyalı istehsalına başlayıb

ROKETSAN “Atmaca” raketinin seriyalı istehsalına başlayıb

Türkiyənin ROKETSAN şirkəti tərəfindən milli imkanlar hesabına yaradılan “Atmaca” gəmi əleyhinə  raketin seriyalı istehsalı başlayıb.

“Azeri Defence”nin məlumatına görə, bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay deyib.

““Atmaca” raketinin seriyalı istehsalına başlanılıb.  2021-ci ildən etibarən “Atmaca” layihəsində çatdırılma fəaliyyətlərinə başlanılması planlaşdırılır”, – deyə Vitse-prezident vurğulayıb.

Səsdən sürətli “Atmaca” raketi qatı yanacaqla işləyən turboreaktiv mühərriklə təchiz edilib. Raketin atış uzaqlığı 200+ km, çəkisi 800 kq-dır. Raketin avtomatik tuşlanan başlığını və radiolokasiya sistemini ASELSAN şirkəti hazırlayıb.

“Atmaca”nın Türkiyə Hərbi Dəniz Qüvvələrinin invertarında yer alan Amerikanın “Harpoon” raketini əvəz edəcəyi planlaşıdırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş