ROKETSAN Azərbaycanın sifarişini 2015-ci ildə tamamlayacaq

Türkiyənin ROKETSAN şirkəti Azərbaycan Silahlı Qüvvələri ilə imzalanmış müqavilə çərçivəsində sifarişlərin çatdırılmasını 2015-ci ilin ortalarında tamamlayacaq. Bu barədə “AzeriDefence”yə DSA-2014 sərgisində təmsil olunan ROKETSAN şirkətindən məlumat verilib.

Şirkət artıq sifarişlərin ilk partiyalarını çatdırıb. Azərbaycan üçün istehsal olunmuş reaktiv atəş sistemlərinin özünün modulyarlığı ilə seçildiyini deyən ROKETSAN yetkililərinin sözlərinə görə, ehtiyacdan asılı olaraq eyni maşının üzərinə 122 və 300 mm raket buraxıcı yerləşdirmək olur.

“Azərbaycan üçün hazırladığımız bu reaktiv atəş sistemi ən müasir avadanlıqlar, ballistik hesablamanı aparmaq üçün meteoroloji avadanlıqlar, kompüter ilə təchiz olunub”, – deyə ROKETSAN rəsmiləri bildiriblər.

Qeyd edək ki, Azərbaycanın ROKETSAN şirkətindən aldığı T-122 “Sakarya” reaktiv atəş sistemləri ilk dəfə 2013-cü ilin iyun ayında Bakıda keçirilən hərbi parada nümayiş olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş