ROKETSAN “Bora” raketini IDEF-də sərgiləyəcək

Türkiyənin ROKETSAN şirkəti IDEF-2017 sərgisində ilk dəfə özünün uzun mənzilli idarə olunan “Bora” raket sistemini nümayiş etdirəcək.

Bu barədə “AzeriDefence” “Savunma ve Teknoloji” saytına istinadən məlumat verib.

Sistemin ixrac versiyası olan“Xan” (“Khan”) raketi ilk dəfə 18-23 fevralda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu Dabi şəhərində keçirilən İDEX -2017 13-cü beynəlxalq müdafiə sərgisində xarici müştərilərə təqdim olunub.

Raketin diametri 610 mm, çəkisi 2500 kq, döyüş başlığı 470 kiloqramdır. Raketin GNSS/ İNS və yalnız İNS naviqasiyası ilə hədəfə yönələn iki növü var. Raketin uçuşuna aerodinamik nəzarət və elektromexaniki dəqiqləşdirmə sistemi vasitəsi ilə nəzarət olunur. Yeni raketin hazırlanması zamanı ROKETSAN-ın bu sahədə uzun mənzilli raketlərin birgə istehsalında qazandığı təcrübədən də yararlanılıb. İstehsalçı müəssisənin mütəxəssisləri BORA-nın öz sinfindəki analoqları ilə rəqabət apara biləcək özəlliklərə sahib olduğunu söyləyiblər. BORA raketinin hədəfdən sapması maksimum məsafədə < 50 metr təşkil edir. Bir maşın üzərində iki raket yer alır.

Sistem gecə və gündüz, hər cür hava və ərazi şərtlərində hədəflərə 300 km-ə qədər atəş açmaq imkanındadır.

KATEQORIYA:
Bu xəbəri paylaş