ROKETSAN “Cirit” raketinin iki yeni versiyasını hazırlayır

Türkiyənin ROKETSAN şirkəti “Cirit” lazer başlıqlı raketlərin yeni versiyalarını hazırlayır.

Bu barədə “AzeriDefence”yə açıqlamasında ROKETSAN İdarə Heyətinin sədri Emin Alpman bildirib.

MAM-C adlanacaq “Cirit”in yeni versiyası mövcud “Cirit”dən ölçüsünə görə daha kiçik olacaq. Lakin raketin ümumi xarakteriskaları dəyişməyəcək. MAM-C versiyası pilotsuz uçuş aparatlarından atılmaq üçün nəzərdə tutulur.

E.Alpman “Cirit”in termobarik döyüş başlığına malik nümunəsinin hazırlanması istiqamətində işlərin getdiyini də açıqlayıb. Şirkət rəhbərinin sözlərinə görə, termobarik döyüş başlığına malik “Cirit” yaxın zamanlarda hazır olacaq və bu raketin İDEF-2017 sərgisində nümayişi gözlənilir.

cirit

KATEQORIYA:
Bu xəbəri paylaş