ROKETSAN “Cirit” raketinin termobarik versiyasını hazırlayıb

ROKETSAN şirkəti “Cirit” lazer başlıqlı idarə olunan raketin termobarik döyüş başlıqlı versiyasını hazırlayıb.

Bu barədə “AzeriDefence”ə ROKETSAN şirkətindən məlumat verilib.

Məlumatda bildirir ki, bununla “Cirit” raketi üç fərqli döyüş başlığına – zirehdələn, qəlpə-fuqas və termobarik sahib olub.

Hazlırda T-129 ATAK və AH-1 “Cobra” zərbə helikopterlərində istifadə edilən “Cirit”in “Tiger” helikopterinə inteqrasiyası sahəsində işlər davam edir. ROKETSAN ilə MBDA Almaniya şirkəti arasında ILA-2016 sərgisində bu mövzuda əməkdaşlıq razılaşması imzalanıb.

“Black Hawk” helikopterlərinə inteqrasiya işləri davam edən “Cirit” eyni zamanda yüngül helikopterlərə, PUA-lara və hücum katerlərinə inteqrasiya edilir.

ROKETSAN şirkəti tərəfindən “Cirit”in zirehli maşına qurulmuş KMC adlı (Kaideyi Monteli “Cirit”)versiyası da hazırlanıb.

ROKETSAN şirkətinin baş direktoru Səlcuk Yaşar “Cirit”in çox saylı ehtiyacları tək başına qarşılayan bir sistem olduğunu vurğulayıb: ““Cirit” idarə olunan raket anlayışını yeni zirvələrə daşıyır. 8 km-lik mənzili ilə sinifinin lideri olan “Cirit”, daha yüksək keyfiyyətə malik raketlərin vəzifələrinin bir hissəsini yerinə yetirə biləcəyini də göstərdi. Tək bir raket istehsal xətti ilə quru, hava və dəniz qüvvələrinin idarə olunan raket ehtiyaclarını qarşılaya bilirik. Bazarda bu rahatlığı, bu xərclərlə təmin edəcək başqa bir raket olmadığını rahatlıqla söyləyə bilərəm”, – deyə S.Yaşar əlavə edib.

KATEQORIYA:
Bu xəbəri paylaş