ROKETSAN-dan Azərbaycan Ordusuna reaktiv raketlər

Tədarüklər başladı…Türkiyənin ROKETSAN şirkəti Azərbaycan Silahlı Qüvvələrinin sifarişi üzrə reaktiv raketlərin göndərilməsinə başlayıb. “AzeriDefence”nin xəbərinə görə, bu barədə APA agentliyi ROKETSAN şirkətinə istinadən məlumat yayıb.

Bu ROKETSAN-ın Azərbaycana ilk irihəcmli ixracatı hesab olunur və Azərbaycan Müdafiə Nazirliyinin sifarişi əsasında şirkət müxtəlif çaplı raketlər tədarük edəcək. Müqavilənin dəyəri və nə vaxt başa çatdırılacağı barədə məlumat verilməyib.

Qeyd edək ki, paralel olaraq Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ROKETSAN-la 107 və 122 mm-lik reaktiv raketlərin birgə istehsalını planlaşdırır. Bu raketlərin mühərrikləri Türkiyədə ROKETSAN tərəfindən istehsal olunacaq. Sonra isə Bakıda MSN-in istehsalı olan qəliblərə yerləşdiriləcək.

Azərbaycan rəsmilərinin sözlərinə görə, qarşıdakı illərdə 122 mm-lik raketlərin atılması üçün ROKETSAN-ın xüsusi raket buraxılış sisteminin («Sakarya») birgə istehsalı nəzərdə tutulur.

KATEQORIYA:
Bu xəbəri paylaş