ROKETSAN-dan yeni döyüş modulu

ROKETSAN-dan yeni döyüş modulu

Türkiyənin ROKETSAN şirkəti tərəfindən “Yalman” adlı yeni silah sistemi hazırlanıb.

Bu barədə Azeri Defence saytı “Anadolu” agentliyinə istinadən məlumat verib.

ROKETSAN istehsalı olan OMTAS, UMTAS, LUMTAS və “Cirit” raketləri “Yalman” silah sistemi ilə eyni anda müxtəlif hədəflərə qarşı istifadə oluna biləcək. Şirkət mütəxəssislərinin sözlərinə görə, silahların dəstləşdirilməsi istifadəçinin ehtiyaclarına uyğun olaraq dəyişdirilə bilər.

“Yalman” döyü modulu ROKETSAN Peyk Buraxma, Kosmos Sistemləri və Qabaqcıl Texnologiyalar Araşdırma Mərkəzinin açılış mərasimində üzərində 1 ədəd UMTAS, 1 ədəd LUMTAS, və 4 ədəd “Cirit” raketi ilə nümayiş etdirilib.

Sistem hədəfləri 8 kilometrdən aşkarlama, ayırd etmə və izləmək qabiliyyətinə malikdir. Təhdidlərə uyğun olaraq hədəf məlumatı raketlərdən hər hansı birinə ötürülür və hədəfə atəş açılır.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş