ROKETSAN gələn il “Karaok” TƏİR kompleksinin tədarükünə başlayacaq

ROKETSAN gələn il “Karaok” TƏİR kompleksinin tədarükünə başlayacaq

Türkiyənin ROKETSAN şirkəti tərəfindən istehsal edilən “Karaok” tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksinin 2021-ci ildə tədarükünə başlanılacaq.

“Azeri Defence”nin məlumatına görə, bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay 2021-ci ilin müdafiə xərclərindən danışarkən deyib.

“Karaok” ROKETSAN şirkətinin OMTAS orta mənzilli tank əleyhinə raket kompleksinin bazasında hazırlanıb. ABŞ-ın FGM-148 “Javelin” kompleksinin bənzəri olan “Karaok” müasir döyüş sahəsindəki zirehli təhdidlərə qarşı təsirli və yüksək texnologiyalı mübarizə vasitəsidir.

Çəkisi 16 kq olan “Karaok” infraqırmızı tuşlama başlığına malikdir. Yaxın mənzilli raket tandem tipli döyüş başlığı daşıyır. Raket “at-unut” rejimində çalışır.

125 mm çaplı daşınan TƏİR bir əsgər tərəfindən çiyindən atılır. “Karaok” həmçinin üçayaqlı sabit qurğu və nəqliyyat vasitələrinin üzərinə inteqrasiya oluna bilir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş