ROKETSAN HİSAR zenit-raket sistemində ilkə imza atdı

Türkiyənin Milli Aşağı Hündürlükdə Havadan Müdafiə Raketi – HİSAR-A-nın avtopilot nəzarətinə sahib Kontrollu Test Raketi (KTF-1) və Türkiyədə bir ilk olan iki mühərrikə sahib Balistik Test Raketinin (BTF-2) test atışları keçirilib.
Bu barədə “AzeriDefence”yə ROKETSAN şirkətindən məlumat verilib.

Tamamlanan testlərdə HİSAR-A raketləri atıcı platformadan birinci zərbə mühərriki ilə uğurla ayrılaraq, ikinci mühərrikini də havada işə saldıqdan sonra öz daxilindəki avtopilotunun nəzarəti ilə proqramlanan manevrləri gerçəkləşdirərək uçub.

Türkiyədə ilk dəfə iki mühərrikə sahib bir raketi uğurla uçuran ROKETSAN dünyada bu texnologiyaya sahib azsaylı firmalar arasında yer alır.

Qeyd edək ki, HİSAR-A və HİSAR-O layihələrində radar, komanda-kontrol və atış kontrol sistemləri ASELSAN, raket sistemləri isə ROKETSAN tərəfindən hazırlanır.

KATEQORIYA:
Bu xəbəri paylaş