
ROKETSAN-ın müəssisəsində partlayış baş verib
Türkiyənin ROKETSAN şirkətinin Ankarada yerləşən müəssisəsində partlayış baş verib.
ROKETSAN şirkətindən “AzeriDefence”ə verilən məlumata görə, hadisə uzaqdan idarə olunan istehsal sahəsində baş verib.
Partlayış nəticəsində ölüm halı olmayıb, 3 nəfər əməkdaş yüngül yaralanıb.
Hazırda hadisənin baş vermə səbəbi araşdırırlır.
KATEQORIYA: Xəbərlər