ROKETSAN-ın yeni uzun mənzilli raketi – FOTOLAR

Türkiyənin ROKETSAN şirkəti Abu Dabidə (BƏƏ)  keçirilən İDEX -2017 müdafiə sərgisində uzun mənzilli idarə olunan “Xan” (“Khan”) raketini ilk dəfə beynəlxalq səviyyədə duyurub.

“AzeriDefence”nin məlumatına görə, ROKETSAN şirkəti raket sisteminin taktiki-texniki göstəriciləri barədə qısa məlumatın yer aldığı broşürü yayımlayıb.

ROKETSAN mütəxəssislərinin sözlərinə görə, “Xan” Türk Ordusunun silahlanmasında “Bora” adıyla yer alır.

Raketin diametri 610 mm, çəkisi 2500 kq, döyüş başlığı 470 kiloqramdır. Raketin GNSS/ İNS və yalnız İNS naviqasiyası ilə hədəfə yönələn iki növü var. Raketin uçuşuna aerodinamik nəzarət və elektromexaniki dəqiqləşdirmə sistemi vasitəsi ilə nəzarət olunur.

Yeni raketin hazırlanması zamanı ROKETSAN-ın bu sahədə uzun mənzilli raketlərin birgə istehsalında qazandığı təcrübədən də yararlanılıb.

İstehsalçı müəssisənin mütəxəssisləri “Xan”ın öz sinfindəki analoqları ilə rəqabət apara biləcək özəlliklərə sahib olduğunu söyləyiblər.

“Xan” raketinin hədəfdən sapması maksimum məsafədə < 50 metr təşkil edir.

Fotodan göründüyü qədər bir maşın üzərində iki raket yer alır.

KATEQORIYA:
Bu xəbəri paylaş