ROKETSAN “Paris Airshow”da yeniliklərini sərgilədi
Türkiyə müdafiə sənayesinin aparıcı firmalarından olan ROKETSAN Fransada keçirilən “Paris Airshow” aviasiya sərgi və aviaşousuna qatılıb.Bu barədə “AzeriDefence”yə ROKETSAN şirkətindən məlumat verilib.
ROKETSAN sərgidə son texnologiyalarını nümayiş etdirib. Şirkətin sərgilədiyi məhsullar BƏƏ, Mərakeş, Mavritaniya və digər ölkələrdən yüksək rütbəli heyətlərin diqqət mərkəzində olub.
IDEF-2015 sərgisindən sonar, ilk dəfə “Paris Airshow”da sərgilənən “Təbər-81” və “Təbəər-82” lazer güdümlü bomba kitləri iştirakçıların marağına səbəb olub. Sərgidə SOM-J balistik raketi barədə də geniş məlumat təqdim olunub.
KATEQORIYA: Aerospace