ROKETSAN Peyk Buraxma, Kosmos Sistemləri və Qabaqcıl Texnologiyalar Araşdırma Mərkəzinin açılışı olub – FOTO

ROKETSAN Peyk Buraxma, Kosmos Sistemləri və Qabaqcıl Texnologiyalar Araşdırma Mərkəzinin açılışı olub – FOTO

Türkiyənin Ankara şəhərində ROKETSAN Peyk Buraxma, Kosmos Sistemləri və Qabaqcıl Texnologiyalar Araşdırma Mərkəzi ilə Partlayıcı Xammal İstehsalat Birliyinin açılışı olub.

Azeri Defence saytının məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin (SSB) sosial media hesabında bildirilib. Açılış mərasimində Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdağan iştirak edib.

Prezident Rəcəb Tayyip Ərdağan Peyk Buraxma, Kosmos Sistemləri və Qabaqcıl Texnologiyalar Araşdırma Mərkəzi ilə Partlayıcı Xammal İstehsalat Birliyinin açılışından sonra ROKETSAN şirkəti tərəfindən hazırlanan məhsullarla yaxından tanış olub.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş