ROKETSAN “Sunqur” ZRK-nin növbəti atış sınaqlarını keçirib – VİDEO

ROKETSAN “Sunqur” ZRK-nin növbəti atış sınaqlarını keçirib – VİDEO

Türkiyənin ROKETSAN şirkəti tərəfindən hazırlanan “Sunqur” hava hücumundan müdafiə sisteminin sınaqları keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin (SSB) rəhbəri İsmail Dəmir özünün “Twitter” hesabında bildirib.

İsmail Dəmirin sözlərinə görə, sınaqlar zamanı “Sunqur” zenit-raket kompleksindən (ZRK) maksimum məsafədə və sürətlə hərəkət edən hədəfə qarşı uğurlu atış zərbələri endirilib: Bu sınaqlar “Sunqur” ZRK-nin hava hücumundan müdafiədəki rolnu möhkəmləndirib. “Sunqur” hava hücumdan müdafiə sistemi portativ xüsusiyyəti sayəsində quru, dəniz və hava platformalarına inteqrasiya edilə biləcək”.

Qeyd edək ki, ROKETSAN şirkətinin “Sunqur” hava hücumundan müdafiə sistemi ilk dəfə 2020-ci ilin sentyabrında ictimaiyyətə təqdim edilib. “Sunqur” zenit-raket kompleksi BMC şirkətinin 4×4 təkər formuluna malik “Vuran” zirehli avtomobilinin üzərinə inteqrasiya edilib. Habelə “Sunqur”un çiyindən atıla bilən versiyası da var.

Nəqliyyat vasitəsinin üzərinə quraşdırılmış “Sunqur” gecə və gündüz saatlarında hədəflərin aşkarlanması, ayırd edilməsi, izlənməsi və 360 dərəcə üfiqi müstəvidə atış qabiliyyətinə sahibdir.
Yüksək effektivliyə və manevr qabiliyyətinə, o cümlədən yüksək dəqiqliyə və maneələrə qarşı qoruma xüsusiyyətlərinə sahib raket titan döyüş başlığına, hədəfin uzaq məsafədən görünməsini təmin edən nişangahla dəstləşdirilib.

Yaxın vaxtlarda “Sunqur” zenit-raket komplekslərinin Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilməsi planlaşdırılıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş