ROKETSAN “Təbər-82” yönləndirmə dəstini sifarişçiyə çatdırıb

ROKETSAN “Təbər-82” yönləndirmə dəstini sifarişçiyə çatdırıb

Türkiyənin ROKETSAN şirkəti tərəfindən istehsal edilən “Təbər-82” yönləndirmə dəstinin (LGK) yeni tədarükləri həyata keçirilib.

Azeri Defence saytının məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin (SSB) sədri İsmail Dəmir sosial media hesabında deyib.

ROKETSAN şirkətinin INS və GPS naviqasiyası və lazer başlıqlı “Təbər” yönləndirmə dəsti (LGK) bundan əvvəl Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 Blok 40 təyyarəsinə inteqrasiya edilib. Hədəflərin yüksək dəqiqliklə vurulması üçün nəzərdə tutulan “Təbər” sistemi MK-81 və MK-82 tipli aviasiya bombalarına uyğunlaşdırılıb.

“Təbər” ön hissədə yerləşən yarı aktiv lazer axtarıcı (SAL) və gövdə hissədə qanadcıqlar və quyruq hissədə yerləşən Qlobal Peyk Naviqasiya Sistemi (GNSS),  inersial naviqasiya sistemi, batareya, uçuşa nəzarət sistemindən ibarətdir.

“Təbər” 3 rejimdə – yalnız INS, INS+GPS+Lazer, INS+Lazer rejimlərində çalışır. Uçuş məsafəsi buraxıldığı hündürlükdən asılı olaraq 28 km-dək, dəqiqliyi isə 3 metrədəkdir. Manevr qabiliyyəti 3g təşkil edən “Təbər”in hədəfə yönəlmə sürəti 100 km/saat təşkil edir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş