ROKETSAN “tank qatili” MAM sursatlarını inkişaf etdirir

ROKETSAN “tank qatili” MAM sursatlarını inkişaf etdirir

Türkiyənin ROKETSAN şirkəti pilotsuz uçuş aparatlarının (PUA) silahlanmasında istifadə edilən Mini Ağıllı Sursatını (MAM) inkişaf etdirir.

“Azeri Defence”nin məlumatına görə, bu barədə ROKETSAN şirkətinin baş direktoru Murat İkinci “Anadolu” Agentliyinə müsahibəsində bildirib.

Şirkət rəhbərinin sözlərinə görə, MAM-L və MAM-C sursatları hazırda aktiv olaraq döyüşlərdə istifadə edilir və ciddi avantajlar qazandırır.

“MAM ailəsi dünyadakı bənzərlərindən daha öndədir. döyüşlərin gedişatını dəyiştirən və məhvetmə üstünlüyü təmin edən bir sursat kimi gündəmimizə daxil oldu. Xüsusilə əməliyyatlarda özünü isbat etmiş sursat olması, effektivliyinin çox yüksək olması Türkiyə Silahlı Qüvvələri üçün çox ciddi bir avantajdır. Bu sahədəki çalışmalarımıza davam edirik. MAM-L və MAM-C-nin ikinci, daha müasir versiyaları üzərində çalışmalar davam edir”, – deyə İkinci vurğulayıb.

Murat İkinci beynəlxalq arenada Türkiyənin silahlı PUA-ları sahəsində uğurlarına paralel olaraq bu məhsullara da çox ciddi tələblərin olduğunu deyib: “Ukrayna və Azərbaycan kimi ölkələrə satışını həyata keçirdiyimiz məhsullarımız var. Son zamanlar videolarda da görürük, Azərbaycanda bu məhsulların istifadəsi qardaşlarımız üçün çox fayda verir. Hədəflərə çox ciddi ciddi zərər vura bilən bir sistem hazırda da istifadə edilir”.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş