ROKETSAN tank və helikopterlər üçün yeni zirehlər hazırlayıb – FOTO

Türkiyənin ROKETSAN şirkəti ballistik qoruma standartının tətbiqi sahələrini genişləndirir.

Bu barədə “AzeriDefence”ə ROKETSAN şirkətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, “Altay” tankı üçün zirehi hazırlayan və kalifikasiyanı müvəffəqiyyətlə tamamlayan ROKETSAN şirkəti indi də reaktiv zireh tətbiqlərini hazlayıb.

ROKETSAN- ın ERA (Explosive Reactive Armor / ERA) zirehi aşağıdakı imkanları təqdim edir:

  • Tandem döyüş başlıqlı tank əleyhinə raketlərə qarşı qorumanı təmin edir;
  • ROKETSAN tərəfindən yaradılmış təsirsiz partlayıcıdan istifadı edir;
  • Ekoloji ziyanı minimuma endirir;
  • Modulyar dizaynı sökmə və yeniləmə əməliyyatlarını asan şəkildə aparmağa imkan verir;
  • Müxtəlif zirehli maşınlara uyğunlaşdırıla bilir;
  • İstifadə müddətində baxım tələb etmir.

Şirkətdən həmçinin bildirilib ki, ROKETSAN helikopterlər üçün döşəmə, yan və oturacaq zirehləri də hazırlayıb. Bu zirehlər ilk dıfı Jandarma Baş Komandanlığının “Black Hawk” helikopetlərinə tətbiq edilib.

ROKETSAN-ın sabit obyektlər üçün balistik mühafizə vasitələri bunlardır:

  • RZB-20 zireh bloku – hərbi bazaların qorunması istifadə olunur. Yüksək möhkəmliyə malik kompozit panellərdən ibarətdir.
  • RZP-10 qəlpəyə qarşı qalxan –konteynerlərin istifadə olunduğu ərazilərdə minaatan atəşindən qorunmaq üçündür.
  • RZK-7 zireh qəfəsi – hərbi bölgələrin RPQ qumbaraatanlarının atəşindən qorunması üçündür.

KATEQORIYA:
Bu xəbəri paylaş