ROKETSAN TRG-300 “Tiger” raket sistemini sifarişçiyə çatdırıb

ROKETSAN TRG-300 “Tiger” raket sistemini sifarişçiyə çatdırıb

Türkiyənin ROKETSAN şirkəti tərəfindən istehsal edilən TRG-300 “Tiger” “yer-yer” tipli raket sistemi Banqladeş Ordusuna təhvil verilib.

Bu barədə “Poliqon” “Savunmasanayist”ə istinadən xəbər verib.

Məlumatda bildirilib ki, Türkiyədə təlimlərini başa vuraraq ölkələrinə qayıdan 40-dan çox Banqladeş Ordusunun şəxsi heyəti təhvil verilən TRG-300 “Tiger” Alayında xidmət edəcək.

Qeyd edək ki, TRG-300 raketi Azərbaycan Ordusunun silahlanmasında da yer alan T-300 “Qasırğa” uzun mənzilli raket sisteminə də komplektləşdirilib. TRG-300 “Tiger” idarə olunan raketi maksimum 120 kilometr mənzilə sahibdir.

ROKETSAN mütəxəssisləri tərəfindən hazırlanmış TRG-300 “Tiger” Blok I raketinin uzunluğu 5.24 metr, ağırlığı 585 kiloqram, döyüş başlığı 105 kiloqramdır. GPS və İNS naviqasiyasına malik TRG-300 raketinin dəqiqliyi maksimum məsafədə ≤ 10 metr təşkil edir. TRG-300 “Tiger” Blok II versiyasının atış mənzili 20 – 90 km, kütləsi 670 kiloqram, döyüş başlığı 190 kiloqramdır.

Elşən Abdulkərimov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş