ROKETSAN və Polşaının WZL1 şirkəti əməkdaşlıq müqaviləsi imzalayıb

Türkiyənin ROKETSAN və Polşanın WZL1 şirkəti MSPO-2015 sərgisi çərçivəsində 2.75 inç CİRİT lazer başlıqlı və UMTAS uzun mənzilli tank əleyhinə idarə olunan raketlərin Polşa Silahlı Qüvvələrinin inventarındakı platformalara inteqrasiyası sahəsində əməkdaşlığa dair memorandum imzalayıb.

Bu barədə “AzeriDefence”yə ROKETSAN şirkətindən məlumat verilib.

ROKETSAN şirkətinin İdarə Heyətinin sədrinin müavini Ergüder Toptaş, WZL1 İdarə Heyətinin sədri Jan Piętowski və WZL1 İdarə Heyətinin üzvü Zbigniew Sredzinski tərəfindən imzalanan razılaşma çərçivəsində ROKETSAN və WZL1 texniki və inzibati məsələlərlə bağlı məlumat mübadiləsi edərək, ola biləcək əməkdaşlıq sahələri üçün həll təqdim etməyi hədəfləyir.

Mərasimdə danışan Ergüder Toptaş RKOETSAN-ın raket və mərmi dizaynı, yaradılması və istehsalı sahəsində lider təşkilatlardan biri olduğunu ifadə edib. ROKETSAN-ın beynəlxalq müştərilərinə təqdim etdiyi lazer başlıqlı CİRİT raketinin əməliyyatlarda özünü sübuta yetirdiyini vurğulayıb. O, iki firma arasındakı bu addımın nəticəsi olaraq, dost ölkələrə də ROKETSAN məhsul və sistemlərinin ixracının təmin ediləcəyini qeyd edib.

KATEQORIYA:
Bu xəbəri paylaş