ROKETSAN və “Junghans Defence” partlayıcı başlıqların istehsalında əməkdaşlıq edəcək

ROKETSAN və “Junghans Defence” şirkətləri partladıcı başlıqların birgə yaradılması və dünya bazarına çıxarılmasına dair memorandum imzalayıblar.

ROKETSAN şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, EUROSATORY-2016 sərgisində imzalanmış memorandum uzun müddətli ortaqlığı hədəfləyərək yüksək keyfiyyətli, etibarlı partladıcı başlıqların sektordakı sursat istehsalçılarına təqdim olunmasını nəzərdə tutur.

ROKETSAN-ın təcrübəsi və infrastruktrundan, “Junghans”ın təcrübəsindən istifadə edilərək modern texnologiya əsasında hazırlanacaq partladıcı başlıqlar Fransa, Almaniya və beynılxalq bazardakı istehsalçılara təklif olunacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş