Roqozin: “Rusiya Azərbaycana silah satmağa davam edəcək”

Rusiya Azərbaycanla strateji tərəfdaşdır və Bakıya silah satmağa davam edəcək.

“AzeriDefence”nin TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya baş nazirinin müavini Dmitri Roqozin deyib.

Roqozinin sözlərinə görə, silah satışı mövcud müqavilələrə uyğun həyata keçirilir. “Hər şey müqavilələrə uyğun olacaq. Hər iki ölkə (Azərbaycan və Ermənistan –red.) strateji tərəfdaşımızdır”.

KATEQORIYA:
Bu xəbəri paylaş