“Roshelikopter” ötən il 262 helikopteri sifarişçilərinə çatdırb

Rusiyanın “Roshelikopter” şirkəti ötən il 262 ədəd helikopterin sifarişçilərə çatdırılmasını həyata keçirib. Bu barədə “AzeriDefence”yə şirkətin mətbuat xidmətindən məlumat verilib.

“Roshelikopter”in 2011-ci ildəki fəaliyyətini əhatə edən məlumatda qeyd olunub ki, ötən il şirkətin sifariş portfeli 2 dəfədə böyüyərək 859 helikopter təşkil edib. Şirkətin gəlirləri 27,8% artaraq 103,9 milyard rubl olub.

“Rohelikopter” 2012-ci ildə intensiv elmi-tədqiqat və eksperimental dizayn işlərinin hesabına perspektivli layihələr üzrə işləri davam etdirməyi planlaşdırır.

“Biz satışdan sonraki xidmət sisteminin inkişafı, yenidən silahlanma və modernizasiya üzrə fəaliyyətlərə davam edəcəyik. Həmçinin idarə etmə sisteminin təkmilləşdirilməsi davam etdiriləcək”, – deyə şirkətin direktoru Dmitri Petrov vurğulayıb.

2011-ci ildə Roshelikopterin əsas tədqiqat və eksperimental dizayn fəaliyyəti Ka-226/226T, Mi-38, Ka-62, Mi-171A2 və Perspektiv Sürətli Helikopter layihələri olub.

KATEQORIYA:
Bu xəbəri paylaş