“Rosoboroneksport” rəsmisi: Azərbaycan Rusiyanın çoxfunksiyalı “stels” döyüş təyyarələri ilə maraqlanır

Azərbaycanda Sovet -Rusiya istehsalı olan silah və hərbi texnikaların servis mərkəzi yaradıla bilər
Azərbaycan Rusiyanın istehsalı olan çoxfunksiyalı “stels” təyyarələrə və helikopterlərə maraq göstərir. “AzeriDefence”nin məlumatına görə, bu barədə İTAR-TASS agentliyinə ADEX-2014 sərgisində iştirak edəcək “Rosoboroneksport” Dövlət Şirkəti nümayəndə heyətinə rəhbərlik edəcək adıçəkilən təşkilatın baş direktorunun məsləhətçisi Esen Topoyev bildirib.

Onun sözlərinə görə, bu sferada Su-30MK2, MiQ-29M, MiQ-29M2, Su-35 döyüş və Yak-130 təlim-tədris təyyarələri perspektivlidirlər. Bundan başqa, Rusiya Mi-171Ş, Mi-35M, Mi-28NE, Ka-52, Ka-28, Ka-226T və Mi-26T helikopterlərini irəli çəkir.

“Bütün bu texnikalar barədə materiallar ADEX-2014 çərçivəsində “Rosoboroneksport” stendində təqdim ediləcək”, deyə o əlavə edib.

Topoyev Azərbaycanda Sovet və Rusiya istehsalı olan silah və hərbi texnikalara xidmət mərkəzlərinin yaradılması barədə danışıqların aparıldığını da bildirib.

Nümayəndə heyəətinin rəhbəri Azərbaycana RPQ-7 qumbaraatanları üçün döyüş sursatlarının istehsalına lisenziya verildiyini də qeyd edib. Artıq bunu istehsal edəcək müəssisənin tikintisi başa çatıb və praktiki olaraq fəaliyyətə hazırdır.

KATEQORIYA:
Bu xəbəri paylaş