“Rosoboroneksport” satış dövriyyəsini açıqladı

Rusiyanın “Rosoboroneksport” şirkəti bu ilin avqustuna kimi həyata keçirdiyi satış dövriyyəsi ilə bağlı açıqlama verib.

“AzeriDefence”nin məlumatına görə, “Rosoboroneksport”un baş direktoru Anatoliy İsaykin bildirib ki, qeyd olunan dövr ərzində şirkət 40 milyard dollar həcmində satış müqaviləsi imzalayıb.

Onun sözlərinə görə, bu da 2015-ci ilin planına uyğundur.

İsaykin deyib ki, xarici sifarişlər əsasən Mi-17 və Mi-35M helikopterlərinə, həmçinin Su-27/30 döyüş təyyarələrinin müxtəlif modifikasiyalarına olub.

Şirkətin baş direktoru Rusiyanın müdafiə sənayesi sahəsində dünyadakı liderliyini saxlaması üçün bütün imkanların olduğunu da qeyd edib.

KATEQORIYA:
Bu xəbəri paylaş