“Rostex” “Armiya-2020”də yeni məhsullarını nümayiş etdirəcək

“Rostex” “Armiya-2020”də yeni məhsullarını nümayiş etdirəcək

Rusiyanın “Rostex” Dövlət Korporasiyası avqustun 23-dən 29-dək keçiriləcək “Armiya-2020” Beynəlxalq hərbi-texniki forumunda 1100-dən çox silah və hərbi texnika nümunəsi nümayiş etdirəcək.

Bu barədə Azeri Defence saytına “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətindən məlumat verilib.

Forumda təqdim olunacaq silah və hərbi texnikaların təxminən 70-i ilk dəfə nümayiş olunacaq. “Armiya-2020”də “Rostex” tərəfindən tanklar, piyada döyüş maşınları, aviasiya vasitələri, o cümlədən pilotsuz uçuş aparatları, habelə artilleriya sistemləri və döyüş sursatları, yeni silah növləri, rabitə vasitələri, elektron döyüş texnikası sərginin pavilyonlarında və açıq havada təqdim ediləcəkdir.

Yeni məhsullar arasında təkmilləşdirilmiş Mi-35P döyüş helikopteri, Mi-171Ş helikopteri (Mi-8AMTŞ hərbi nəqliyyat helikopterinin ixrac versiyası) və Rusiyanın 5-ci nəsil Su-57E qırıcısının ixrac versiyası da var.

Bundan başqa forumda “Hermes” tank əleyhinə idarə olunan raket sistemi, Tornado-S MLRS üçün yeni bir idarə olunan mərmi, BMP-3 zirehli maşını üçün “Parallax” nəzarət-müşahidə və hədəf sistemi, habelə “Aspid” və “Poloz” tapançaları, “Ataka-DBS” antidron sistemi və s. nümayiş olunacaq.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş