“Rostex” kiçik ölçülü və pilotsuz helikopterlər üçün radiolokator hazırlayacaq

“Rostex” kiçik ölçülü və pilotsuz helikopterlər üçün radiolokator hazırlayacaq

Rusiyanın “Rostex” Dövlət Korporasiyasına daxil olan “Roselektronika” şirkəti kiçik ölçülü və pilotsuz helikopterlər üçün radiolokator hazırlayacaq.

Bu barədə Azeri Defence saytına “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətindən məlumat verilib.

Millimetrlik diapazonda çalışan, yüksək tezlikli radiolokasiya sistemi zəif görünüş şəraitində helikopteri idarə etmək və pilotsuz eniş həyata keçirmək üçün nəzərdə tutulub.

Radiolokasiya sistemi çətin hava şəraitində xarici mühitin ətraflı bir radar görüntüsünü meydana gətirməyə imkan verəcəkdir. Radar həmçinin pilotun zəif görünüş şəraitində təhdidlər barədə vaxtında xəbərdar edilməsini də təmin edir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş