“Rostex” SOSNA-N lazer detektorunu nümayiş etdirib

“Rostex” SOSNA-N lazer detektorunu nümayiş etdirib

“Rostex” Dövlət Korporasiyasına daxil olan “Şvabe” şirkəti yenilənmiş SOSNA-N lazer detektorunu “Armiya-2020” forumunda nümayiş etdirib.

Bu barədə Azeri Defence saytına “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətindən məlumat verilib.

Şirkət mütəxəssislərinin sözlərinə göər, SOSNA-N uzaq məsafələrdən snayper və müşahidə optiklərini aşkar edir və lazer şüalanması ilə zərərsizləşdirə bilir.

Əks təsirin effektivliyi hədəfin uzaqlığından asılıdır. Optik cihazın bütün baxış sahəsi intensiv əks şüalanma ilə tamamilə işıqlandırılır ki, bu da onu müşahidə etməyi və ya hədəf almağı çətinləşdirir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş