“Rostex” yeni nəsil radioelektron mübarizə sistemini sınaqdan keçirib

Rusiyanın “Rostex” Dövlət Şirkətinin “Radioelektronıye texnoloqiye” müəssisəsi  yeni nəsil radioelektron mübarizə (REM) sistemini sınaqdan keçirib.

“AzeriDefence”nin məlumatına görə, yeni REM sistemi yerüstü mübarizəni təşkil edəcək, qoşun bölmələrini və mülki obyektləri hava-kosmik hücumlardan müdafiəsini təşkil edəcək. Zavod şəraitində REM sisteminin sınaqları 1 il müddətində aparılacaq.

Yeni kompleks ayrı-ayrılıqda müdaxilə edici modullardan ibarətdir. Qurğu düşmənin uzaq məsafədə yerləşən idarəetmə sistemlərinə yüksək rəqəmsal şüa ilə təsir edir.

Yaradılmış çoxkanallı siqnal vasitəsilə kompleks radioelektron sıxma həyata keçirir.

Kompleksdəki müdaxilə modulu avadanlığın əsas elementlərindən biri hesab edilir.

“Radioelektronıye texnoloqiye”nin baş direktorunun müavini İqor Nasenkov  bildirib ki, modullar həmçinin fərdi müdafiə sistemi ilə də təchiz ediliblər. Bu həmin modulların düşmən hücumundan qorunması məqsədi daşıyır.

Adıçəkilən REM kompleksi hava hücumundan müdafiə sistemləri ilə də inteqrasiya oluna bilir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş