“Rostex” zirehdeşən tapança patronu hazırlayıb

“Rostex” zirehdeşən tapança patronu hazırlayıb

Rusiyanın “Rostex” Dövlət Korporasiyasının Mərkəzi Elmi Tədqiqat Mühəndislik İnstitutu tərəfindən 9 mm kalibrli yeni zirehdeşən patron hazırlanıb.

Bu barədə “AzeriDefence”yə “Rostex” Dövlət Korporasiyasından məlumat verilib.

Yeni döyüş sursatı atışı səssiz və görünməz edir, o cümlədən 2-ci sinif qorumalı bədən zirehlərinə nüfuz etməyə qadirdir.

Rusiyada silahlanmaya yeni qəbul edilmiş “Udav” tapançasına uyğunlaşdırılmış sözügedən patronlar patentləşdirilib.

Qeyd edək ki, “Udav” tapança 50 dərəcə şaxtadan 70 dərəcə istiyədək hava şəraitində istifadə oluna bilər. Silahın atəş məsafəsi 50 metr, daraq tutumu 18 güllədir.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş