“Rosvertol” bu il Azərbaycana Mi-35M tipli daha 16 helikopter çatdıracaq

Rusiyanın “Rosvertol” şirkəti Azərbaycanın sifariş verdiyi Mi-35M tipli helikopterlərin çatdırılmasını bu il ərzində tamamlamağı planlaşdırır.
“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə APA informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, hazırda şirkətin Rostov-Don şəhərindəki zavodunda müqavilədə nəzərdə tutulan digər helikopterlərin istehsalı və uçuş testləri davam etdirilir. Testlərin ardınca, helikopterlər Azərbaycana yola salınacaq.

Rusiyanın “Russplanes” saytının məlumatına görə, Azərbaycanın sifarişi üzrə istehsal olunmuş növbəti Mi-35M tipli helikopter aprelin 26-da Rostov-Don şəhərində «Rosvertol» şirkətinin pilotları tərəfindən uçuş testlərinə başlayıb.

Qeyd edək ki, Mi-35 helikopterlərinin Azərbaycana çatdırılmasına 2011-ci ilin dekabr ayından başlanıb. Müqavilədə nəzərdə tutulmuş 24 helikopterdən 8-i artıq Azərbaycana gətirilərək silahlanmaya qəbul edilib. Qalan 16 helikopterin isə mərhələlərlə Bakıya göndərilməsi nəzərdə tutulur.

Dövlət Sərhəd Xidmətinin sifariş verdiyi Mi-35M tipli helikopterlərin ilk partiyası DSX Aviasiya Dəstəsinin silahlanmasına aprelin 19-da qəbul edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş