RUAG şirkəti snayper tüfəngləri üçün yeni patronlar hazırlayıb

İsveçrənin “RUAG Ammotec” şirkəti snayper tüfəngləri üçün iki yeni patron hazırlayıb.

Bu barədə “AzeriDefence”yə RUAG şirkətindən məlumat verilib.

Yeni nəsil patronlar zirehlərə, yüngül zirehli maşınlara qarşı yüksək təsir gücü ilə fərqlənir.

“.50 Browning Armour Piercing Incendiary SX (API)” patron zirehin deformasiyasına qarşı dayanıqlı daha sərt polad çəyirdəyə və titan ucluğa malikdir. Bu patron 900 metr məsafədə 13 mm qalınlığında polad (HB350) və 500 metr məsafədə 22 mm qalınlığında polad (HB370) zirehi dəlir.

RUAG-ın yeni materiallar tətbiq etməklə hazırladığı “.338 LM SWISS P Armour Piercing” patronu 600 metr məsafədən 13 mm qalınlığında polad lövhəni (HB400) və 500 metr məsafədən Level IV səviyyəsinə uyğun bədən zirehini dələ bilir. Hədəflə toqquşduqda güllənin çəyirdəyi sıradan çıxmır və hədəfə yüksək kinetik enerjinin ötürülməsi təmin olunur.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş