Rumıniya 2014-cü ildə Ermənistana snayper tüfəngləri satıb

Rumıniya 2014-cü ildə Ermənistana müxtəlif çaplı atıcı silahların satışını həyata keçirib.

“Azeri Defence”nin məlumatına görə, bu barədə Rumıniyanın BMT Adi Silahlar Registrinə təqdim etdiyi hesabatda bildirilib.

Hesabata görə, ötən il Rumıniya Ermənistana 55 ədəd İtaliya istehsalı olan tapança və yerli istehsal olan 130 ədəd tüfəng satıb. Bu tüfənglərin bir qismi ov silahları, digər hiissəsi isə 7.62 mm çaplı snayper tüfəngləri olub.

Qeyd edək ki, Rumıniya 1974-cü ildən SVD snayper tüfəngini PSL (Pușcă semiautomată cu lunetă) adıyla istehsal edir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş