Rumıniya ilə ABŞ “Patriot” ZRK-nı birgə istehsal edəcək

Rumıniya ABŞ-dan “Patriot” zenit-raket kompleksləri (ZRK) alacaq.

AzeriDefence” “Defenseworld”a istinadən xəbər verir ki, “Raytheon” korporasiyası və Rumıniyanın “Aerostar” şirkəti arasında “Patriot” ZRK-nın birgə istehsalı ilə bağlı memorandum imzalanıb.

Rumıniya cari ilin aprel ayında ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemini almaq barədə niyyətini elan edib. İyul ayında isə ABŞ Dövlət Departamenti sazişi müsbət qəbul edib.

İki ölkə arasında imzalanan müqavilənin həcmi 3,9 milyard ABŞ dolları dəyərində qiymətləndirilir. “Raytheon” şirkətinin istehsalı olan “Patriot” sisteminə hazırda dünyanın 13 ölkəsi sahibdir. Onlardan 5-i NATO-ya üzv olan ölkələrdir. Bundan başqa, artıq Polşa da “Patriot” tədarükü ilə bağlı ABŞ-a sirafişlərini edib.

Qeyd edək ki, 1984-cü ildə ABŞ ordusunun silahlandırılmasına daxil olan “Patriot” kompleksləri  bir neçə dəfə modernizə olunub. “Patriot”un son modernizə olunan variantı PAC raketləri ilə təchiz edilib. “Patriot PAC-3” zenit-raket kompleksləri təyyarələr, uzaqmənzilli və qanadlı raketlər, pilotsuz uçuş aparatları və hava hücumuna daxil olan digər silahlardan qorunmaq üçün mükəmməl döyüş qurğusu hesab olunur.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş