Rus “Ayı”sı sınaqları yekunlaşdırır

SPM-3 “Medved” zirehli maşınının dövlət sınaqları 2013-cü ilin fevralında qurtaracaq. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə istehsalçı Hərbi-Sənaye Şirkətindən (VPK) bildirilib.

Sınaqlardan sonra maşın Rusiya Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının silahlanmasına daxil olacaq. Sınaqların son mərhələsi şimalda qış şəraitində keçəcək.

Artıq “Medved” təkər və balistik müdafiə testlərindən keçib.

Qeyd edək ki, SPM-3 “Medved” MRAP (gücləndirilmiş mina əleyhinə müdafiəli zirehli nəqliyyat vasitəsi) texnologiyası əsasında Rusiyada hazırlanmış birinci nümunədir.

KATEQORIYA:
Bu xəbəri paylaş