Rus desantlar “Arbalet-2” paraşütünü yoxlamağa başladı

Rusiyanın Hava-Desant Qoşunları “Arbalet-2” paraşütü ilə təlimlərə başlayıb. Bu barədə “AzeriDefence” Rusiyanın Müdafiə Nazirliyinin saytına istinadən məlumat yayıb.

Hələ ki, “Arbalet-2” paraşütü Hava Desant Qoşunlarının kəşfiyyat və xüsusi bölmələrinin silahlanmasına daxildir. Paraşüt An-2 təyyarələrindən xüsusi təyinatlı desantların zəruri silah və təchizatla tullanması üçün nəzərdə tutulub. Bu paraşütlə həmçinin An-26, An-12, İl-76 təyyarələri və Mi-8 helikopterlərindən də heyətin tullanışı nəzərdə tutulur.

“Arbalet-2” ilə desant 150 kq-a qədər xüsusi təchizatla, -35, +35 dərəcə tempraturda 350 km/saat sürətlə hərəkət edən hava gəmisindən tullanışı həyata keçirə bilər. Əsas paraşüt qabaq azad ucularının trimming sistemi ilə təchiz olunub, bu da üfuqi sürətin artırılmasına yardım edir. Əsas və ehtiyat paraşütlərin günbəzinin xüsusi forması tullanmalar zamanı minimal təcrübəli paraşütçülərə təhlükəsiz yerə enməyə imkan verir.

Yeni paraşüt sisteminin asma sistemi tənzimləmənən səkkiz nöqtəyə malikdir. “Arbalet-2” həmçinin əlavə yük üçün UQKPS-50 muxtar paraşüt sisteminə malikdir.

KATEQORIYA:
Bu xəbəri paylaş