Rus Ordusu “Makarov” tapançalarını “Strij”lə əvəzləyir

Yaxın aylara Rusiya ordusu “Strij” adlanan yeni tapançaları almağa başlayacaq. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

Yeni tapançalar silahlanmadakı “Makarov” (PM) tapançalarını əvəz edəcək.

Rusiya rəsmilərinin fikrincə, yeni tapançalar öz xarakteristikalarında hətta Glocku üstələyir.

“Strij” tapançası silahlı qüvvələr üçün Rusiyanın Arsenal Firearms şirkəti tərəfindən hazırlanıb. Tapança Rusiya bazarı üçün 9×19, 7N21 və 7N31 kalibrləri ilə buraxılır. Qərb bazarı üçünsə dörd müxtəlif 9×19, 9×21 IMI, .357 SIG və .40 S&W kalibrlərində buraxılması mümkündür.

Çəkisi 890 qram təşkil edən tapança tamamilə metal gövdəyə malikdir. Silahın polimerdən hazırlanmış modeli isə 750 qram təşkil edir. Silahın darağı 17 patron tutur.

KATEQORIYA:
Bu xəbəri paylaş