Rus zabiti İrəvanda mehmanxanada ölü tapıldı

Ermənistanın paytaxtı İrəvanda Rusiya Silahlı Qüvvələrinin zabiti ölmüş vəziyyətdə aşkar edilib.

“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumatına görə, mayor Viktor Yemelyanovun meyiti İrəvandakı “Dostluq” mehmanxanasındakı nömrələrin birində tapılıb.

V. Yemelyanovun üzərində aparılan məhkəmə-tibbi ekspertizası zamanı onun üzərində hər hansı zədə-xəsarət hallarına rast gəlinməyib.

Xəbərdə o da qeyd olunub ki, V. Yemelyanov Rusiyanın Ermənistandakı hərbi bazasında qərargah rəisinin müavini vəzifəsində xidmət edir.

KATEQORIYA:
Bu xəbəri paylaş