Rusiya 102-ci bazasındakı hərbi texnikalar “qara qutu” sistemi qurur

Ermənistandakı Rusiya hərbi bazasının hərbi avtomobilləri ilk dəfə “qara qutu” tipli elektron cihazlarla təchiz edilir. “/” saytının bildirdiyinə görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Cənub hərbi dairəsinin mətbuat xidməti məlumat yayıb.

2012-ci il ərzində 102-ci bazanın inventarına təxminən 40 ədəd 6×6 təkər formullu yeni KAMAZ-53501 avtomobili daxil edilib. Bu nəqliyyat vasitələri bort informasiya-idarəetmə sistemi ilə təchiz edilib. Bura mühərrikin işini idarə edən bir sıra elementlər daxildir. İdarəetmə proseslərinin avtomatlaşdırmasını təmin edən bu sistem eyni zamanda aqreqatların, elektron sistemlərin və elektrik şəbəkəsinin nasazlıqları haqqında informasiyaların toplandığı “qara qutu” funksiyalarını yerinə yetirir.

Bu sistem hazırda ağır yük daşıyan, həmçinin xüsusi silahların quraşdırıldığı avtomobillərdə qurulur.

KATEQORIYA:
Bu xəbəri paylaş