Rusiya 200 km-lik reaktiv atəş sistemi hazırlayır

Rusiya hərbi sənayesi 200 km-dən artıq atış uzaqlığına malik “Katyuşa” reaktiv atəş sistemi hazırlayır. “AzeriDefence”nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Quru Qoşunlarının nümayəndəsi Nikolay Donyuşkin bildirib.

Onun sözlərinə görə, yeni reaktiv yaylım atəş sisteminin imkanlar müasirləşdirilmiş “Tornado-S” sistemi ilə müqayisədə əhəmiyyətli dərəcədə artırılıb. Bu sistemdə “İsgəndər-M” operativ-taktik kompleksinin raketlərinə bənzər raketlərdən istifadə olunması nəzərdə tutulur.

KATEQORIYA:
Bu xəbəri paylaş