Rusiya 2013-cü ildə cənub sərhədlərinə əlavə yeni texnikalar cəmləşdirəcək

Rusiya 2013-cü ildə Cənub hərbi dairəsinin (YUVO) inventarına yeni silah və hərbi texnika nümunələrini daxil etməyi planlaşdırır. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə YUVO-nun mətbuat xidməti məlumat yayıb.

Xüsusi halda, motoatıcı birləşmələrə “Tornado-Q” tipli yeni reaktiv yaylım atəş sisteminin, “Host” özüyeriyən artilleriya sistemlərinin, “Msta-S” özüyeriyən haubitsalarının, “Zoopark” tipli avtomatik idarəetmə sistemləri komplekslərinin daxil edilməsi planlaşdırılır.

Cənub dairəsinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının parkına həmçinin Mi-8AMTŞ “Terminator”, Mi-28N “Noçnoy oxotnik” və Mi-35 tipli hücum helikopterlərinin, təxminən 10 ədəd Su-35S, Su-34, Su-25UBM tipli döyüş təyyarələrinin daxil edilməsi nəzərdə tutulmaqdadır.

Xəzər flotiliyasının döyüş sıralarına 2013-cü ilin başlanğıcında “Qrad Sviyajsk” layihəli kiçik raket gəmisinin daxil edilməsi planlaşdırılır. Bu gəmi böyük uzaqlığa malik “Kalibr-NK” universal raket kompleksi ilə təchiz edilib. Yaxın illərdə isə flotiliya üçün bu layihədən 5 gəminin tikintisi planlaşdırılır. Xəzər flotiliyasının döyüş sıralarına həmçinin 2013-cü il ərzində “Serna” layihəli üç desant kateri daxil olacaq.

Qara dəniz flotiliyasının tərkibinə isə 2 gözətçi gəmisinin, 2013-2016-cı illərdə isə bir neçə anti-diversiya katerlərinin daxil edilməsi nəzərdə tutulur.

KATEQORIYA:
Bu xəbəri paylaş