Rusiya 2014-cü ildə Azərbaycana hansı silahları satdığını açıqlayıb

Rusiya 2014-cü ildə Azərbaycana silah satışı barədə rəqəmləri açıqlayıb.

“AzeriDefence”nin məlumatına görə, Rusiyanın BMT-nin Adi Silahlar Registrinə təqdim etdiyi hesabatda bu bilgilər yer alıb.

Hesabatda qeyd olunub ki, 2014-cü ildə Rusiya Azərbaycana 65 ədəd tank (T-90S), 78 ədəd zirehli döyüş maşını (BMP-3), 118 ədəd böyek kalibrli artilleriya sisteminin satışını həyata keçirib.

Qeyd edək ki, 2014-cü ildə Rusiya postsovet məkanında Azərbaycandan başqa yalnız Qazaxıstana silah və texnika satışı (6 ədəd artilleriya sistemi, 2 helikopter) həyata keçirib.

BMT Adi Silahlar Registrində yer alan məlumata görə, Rusiya 2013-cü ildə Azərbaycana 10 tank, 10 ədəd piyada döyüş maşını, 438 ədəd artilleriya sistemi və 25 zərbə helikopteri satıb.

KATEQORIYA:
Bu xəbəri paylaş