Rusiya 2019-cu ildə silah ixrac etdiyi ölkələri açıqladı – Azərbaycan siyahıda yoxdur

Rusiya 2019-cu ildə silah ixrac etdiyi ölkələri açıqladı – Azərbaycan siyahıda yoxdur

Rusiya 2019-cu ildə silah ixracına dair hesabatını BMT-nin Adi Silahlar Registrinə təqdim edib.

“AzeriDefence”nin məlumatına görə, hesabatda Rusiyanın 2019-cu ildə 43 ədəd zirehli transportyor (İraqa 21, Zambiyaya 22 ədəd), 10 ədəd iriçaplı artilleriya sistemi (Səudiyyə Ərəbistanı), 4 ədəd döyüş təyyarəsi (Anqola), 18 ədəd zərbə helikopteri (Banqladeşə 5, Maliyə 1, Nigeriyaya 1, Serbiyaya 7, Özbəkistana 4 ədəd) ixrac etdiyi qeyd olunub.

Bundan başqa, hesabat dövründə rəsmi Moskva Çinə 48 ədəd, Hindistana isə 597 ədəd raket sistemi ixrac edib.

Son 10 ildə ilk dəfə olaraq Rusiyanın ixrac hesabatında Azərbaycanın adı qeyd olunmayıb. Ehtimallara görə, bu, Azərbaycanın Rusiya ilə satınalma müqavilələrinin başa çatması ilə əlaqədardır.

KATEQORIYA:
Bu xəbəri paylaş