Rusiya 2024-cü ildə “Oxotnik” pilotsuz döyüş təyyarəsini silahlanmaya verəcək

Rusiya 2024-cü ildə “Oxotnik” pilotsuz döyüş təyyarəsini silahlanmaya verəcək

Rusiya 2024-cü ildə “Oxotnik” adlı pilotsuz döyüş təyyarəsinin seriyalı istehsalına başlayacaq.

Azeri Defence saytının TASS xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Birləşmiş Aviatikinti Korporasiyasının (OAK) rəhbəri Yuri Slyusar Prezident Vladimir Putinə məlumat verib.

“Stels tipli “Oxotnik” ağır pilotsuz döyüş təyyarələrin Rusiya Müdafiə Nazirliyinə ardıcıl çatdırılması 2024-cü ildə başlayacaq. Müdafiə Nazirliyindən aldığımız tapşırıq əsasında stels PUA-nın inkişaf işləri mümkün qədər sürətləndirilib”, – deyə Yuri Slyusar vurğulayıb.

OAK rəhbəri bildirib ki, bu sinif aviasiya vasitələrini dünyada yalnız iki ölkə – ABŞ və Çin dizayn və istehsal edir.

Qeyd edək ki, “Suxoy” şirkəti tərəfindən hazırlanan “Oxotnik” pilotsuz təyyarə ilk uçuşunu 2019-cu il avqustun 3-də edib. Uçuş 20 dəqiqə ərzində operatorun nəzarəti altında davam edib. Həmin il sentyabrın 27-də pilotsuz təyyarə Su-57 qırıcısı ilə birlikdə uçub. 30 dəqiqə davam edən uçuş zamanı “Oxotnik” avtomatik rejimdə 1600 metr yüksəklikdə manevrlər edib.

Açıq mənbələrə görə, “Oxotnik”in uçuş ağırlığı 20 tona qədərdir. Maksimal uçuş sürəti 1000 km/saat təşkil edir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş