Rusiya 24 tonluq MRAP-ı silahlanmaya qəbul edir

Rusiya Silahlı Qüvvələri bu il “Tayfun-U” minaya qarşı qorumalı çoxməqsədli taktik avtomobillərin birinci eksperimental partiyasını alacaq. Bu barədə “AzeriDefence” Rusiya mediasına istinadən məlumat verib.

“Tayfun-U” minaya qarşı qorumalı nəqliyyat vasitələri (MRAP) sinfində ən ağır çəkiyə malik avtomobillərdən hesab olunur. Çəkisi təxminən 24 ton təşkil edən avtomobilin zirehli müdafiəsində dünyanın ən qabaqcıl texnologiyalarından istifadə edildiyi iddia olunur. On iki nəfər heyətin daşınması üçün nəzərdə tutulmuş avtomobil V formalı korpusa malik olmaqla yanaşı dib hissədə çoxqatlı mina əleyhinə altlıq tətbiq edilib.

Maşın 450 at gücünə malik dizel mühərriki ilə 105 km/saata qədər sürət yığmağı bacarır. Avtomobilin gediş ehtiyatı 1800 kilometrə qədərdir

KATEQORIYA:
Bu xəbəri paylaş