Rusiya Abxaziyada hərbi texnikasının sayını artırıb

Rusiya Abxaziyaya 80 ədəd müxtəlif adda yeni hərbi texnika yerləşdirib.

“AzeriDefence”nin yerli mediaya istinadən verdiyi məlumatına görə, Gürcüstandan ilhaq edilən Abxaziyaya 2015-ci ilin ötən dövrü ərzində BТR-82АM, səyyar kəşfiyat məntəqəsi PRP-4А “Аrqus”, KаmAZ-53212 və digər hərbi texnikalar göndərilib.

Bu texnikalar əsasən Rusiya Ordusunun Abxaziyada dislokasiya olunan bölmələrinə verilib.

Məlumatda əlavə olunub ki, adıçəkilən texnikalar modernləşmədən sonra silahlanmaya göndərilib.

Qeyd edək ki, məlumatı Rusiya Ordusunun Cənub hərbi dairəsinin qərargahı yayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş